Türkiyeden Azerbaycana ixracatın hecmi artıb
09 Avqust 2013 Cümə 17:50
Bu ilin iyul ayında Türkiyeden Azerbaycana ixracatın hecmi 280,5 milyon dollara çatıb.
Türkiyənin İxracat Şurasının hesabatı dərc olunub. ANS PRESS-in Aze.az saytına istinadən verdiyi məlumata görə, hesabatda Türkiyənin Azərbaycana ixracatın həcmi 280,5 milyon dollar qeyd edilib. Keçən ilin iyul ayı üçün göstərici 211,4 milyon dollar təşkil edirdi.

Azərbaycanın Türkiyəyə ixracatının həcmi isə 1,2 faiz idi.

Məlumat üçün qeyd edək ki,Türkiyədən Azərbaycana 31,7 milyon dollarlıq taxta-şalban, 14 milyon dəyərində sement, 2,5 milyonluq qiymətli daşlar, polad dəmir məhsulları,elektrik enerjisi və s. gətirilir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar