Türkiyə TANAP layihəsindən 4 milyard dollar gəlir götürəcək
11 Oktyabr 2013 Cümə 13:32
Trans-Anadolu kəmərinin dəyəri 10 milyard dollardır.
Türkiyə TANAP layihəsindən 4 milyard dollar gəlir götürəcək. ANS PRESS Türkiyə mediasına istinadla xəbər verir ki, Xəzər qazını Avropaya çıxaracaq Trans-Anadolu kəmərini qardaş ölkəni regionun önəmli enerji oyunçusuna çevirəcək.
Bununla bağlı danışan “Xəzər” Strateji Araşdırmalar İnstitutunun rəhbəri Bülent Aras bildirib ki, TANAP layihəsi 10 milyard dollara başa gələcək. O, həmçinin TANAP-in işə düşəcəyi halda Türkiyədə təbii qazın tariflərinin aşağı salına biləcəyini deyib.

Ekspertin fikrincə, TANAP Türkiyənin inşaat sektorunda canlanma yaradacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar