Türkiyə şirkəti 60,7 min manat dəyərində cərimələndi
20 Aprel 2010 Çərşənbə Axşamı 12:35
“Elvan İrmak Qida Məhsulları” MMC-yə qarşı maliyyə sanksiyası tətbiq edilib.
“Elvan İrmak Qida Məhsulları” MMC-nin “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin tələblərinin pozulduğu sübuta yetirilib. İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, qurumun Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətində müəssisənin nümayəndələrinin iştirakı ilə işə baxılıb və şirkətin yol verdiyi qanun pozuntusuna görə müəssisəyə 60,7 min manat maliyyə sanksiyası tətbiq edilib.

Qeyd edək ki, İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində fəaliyyət göstərən “Elvan İrmak Qida Məhsulları” MMC barəsində şəkərli peçenye və qaletlərin istehsalı və satışı zamanı istehlakçıları çaşdırmaqla haqsız rəqabətə yol verdiyinə görə antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar