TuranBank nizamnamə kapitalını artırır
23 Fevral 2010 Çərşənbə Axşamı 14:35
İlin sonuna kimi TuranBank bu məbləğin həcmi 20 milyon manata çatdırılacaq
“TuranBank” ASC nizamnamə kapitalını 1.5 milyon manat artırır. Bankın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, emissiyaların həcmi 1,5 milyon manat təşkil edir, bir səhmin nominal dəyəri isə 1 000 manatdır.

Emissiya prospektinə əsasən səhmlərin yerləşdirilməsi Bakı Fond Birjasında keçiriləcək. Səhmlərin yerləşdirilməsinin anderrayteri qismində “Çelsi Kapital ” MMC çıxış edəcək.

Səhmlər Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində qeydiyyatdan keçdikdən sonra bankın nizamnamə kapitalı 18,5 milyon manat təşkil edəcək.

2010-cu ilin sonuna kimi bankın nizamnamə kapitalının həcminin 20 milyon manata çatdırılacağı planlaşdırılır. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar