TuranBank filialının ünvanını dəyişdi
29 Oktyabr 2010 Cümə 18:00
TuranBankın Nəsimi filialının yeni inzibati binasının açılışı olub.
"TuranBank" ASC-nin Nəsimi filialının yeni inzibati binasının açılışı olub. Bankın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, əvvəllər Mirzəağa Əliyev 245A ünvanda yerləşən filial yeni, müasir tələblərə cavab verən daha rahat ünvana, S.Dadaşov 84/2 ünvanına köçüb. Nəsimi filailı bankın Bakıda yerləşən 6 filialından biridir.

Xatırladaq ki, “TuranBank” filial şəbəkəsi üzrə yeni konsepsiya həyata keçirməyə başlayıb. Bu filial da digər filiallar kimi həm fiziki, həm də korporativ müştərilərə bütün bank xidmətlərini təklif edir. Hazırda bankın 11 filialı fəaliyyət göstərir. Onlar həm Bakı şəhərində, həm də Azərbaycanın digər regionlarında yerləşir.

Bankın 2008-2011-ci illəri əhatə edən təsdiq olunmuş strateqiyasına əsasən regionlarda filial şəbəkəsi daha da genişləndiriləcək. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar