Turanbank 80 ipoteka krediti verib
08 Sentyabr 2009 Çərşənbə Axşamı 15:20
Bu ipotekaların dəyəri 2,928 milyon manat məbləğindədir
“Turanbank” Azərbaycan İpoteka Fondunun xətti ilə kredit verilişini davam etdirir.
Bankın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, bank 2006-cı ildən bəri 2,928 milyon manat məbləğində 25 il müddətinə 80 ipoteka krediti verib.
Qeyd edək ki, “Turan” Kommersiya Bankı Azərbaycan Milli Bankın 12.06.1992-ci il tarixli 60 nömrəli lisenziya əsasında yaradılıb və 30.12.1992-ci il tarixli 115 nömrəli lisenziya əsasında milli və xarici valyutada hər cür əməliyyatları aparmağa icazə verilib.
DOSTLARINLA PAYLAŞ: