Toyota Prado sığortaçısına 8 200 manat verildii
12 Noyabr 2010 Cümə 10:35
“MBASK” Sığorta Şirkəti daha bir müştərisinə iri sığorta ödənişi həyata keçirib.
“MBASK” Sığorta Şirkəti “Toyota Prado” avtomobilinin sığortaçısına 8 200 manat məbləğində iri sığorta ödənişi həyata keçirib. Şirkətin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, bu ilin əvvəlindən “MBASK” Sığorta Şirkəti öz müştərilərinə 2 634 935 manatdan artıq məbləğdə ödəniş həyata keçirib.
Bunlardan 1 791 204 manatdan çoxu və ya 68 faizi avtonəqliyyat vasitələrinin sığorta olunması üzrə polislərin ödənilməsinin payına düşür.
Qeyd edək ki, “Client Сare” xidmətinin həyata keçirilməsi çərçivəsində “MBASK” şirkəti sənədlərin toplanması şərtlərini və sığorta ödənişlərinin həyata keçirilməsi prosesini əhəmiyyətli dərəcədə yüngülləşdirib. Belə ki, konkret olaraq, “MBASK” şirkəti öz korporativ müştərilərinə müvafiq dövlət orqanlarından sənədlərin toplanması üzrə xidmətlər göstərir, özünün özəl müştərilərinə isə “MBASK” şirkəti VİP-xidmət olunma xidmətini təqdim edir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: