Tikinti materiallarının istehsalında artım gözlənilir
22 Noyabr 2011 Çərşənbə Axşamı 18:34
İqtisadi İnkişaf Nazirliyi növbəti 3 ildə orta hesabla 22.6 faizlik artım proqnozlaşdırır.
Tikinti materiallarının istehsalında 2012-ci ildə 9%, növbəti 3 ildə orta hesabla 22.6% artım proqnozlaşdırılır. Bu barədə iqtisadi inkişaf naziri Şahin Mustafayev Milli Məclisin plenar iclasında bildirib. Onun sözlərinə görə, bu artım əsasən Qaradağ Sement Zavodunda aparılan yenidənqurma işləri, inşa edilən yeni sement zavodlarının, habelə yeni tikinti materialları istehsal edən müəssisələrin, o cümlədən SKMF-in güzəştli kreditləri hesabına tikilmiş illik istehsal gücü 160 min kubmetr qazobeton bloklar və 30 min ton əhəng, 3,5 milyon kvadrat metr seramik plitələr olan zavodların fəaliyyətə başlaması ilə bağlıdır”.

Nazir onu da bildirib ki, ölkədə yeni yaradılacaq, eləcə də fəaliyyət göstərən müəssisələrdə istehsal həcminin artırılması hesabına qida məhsullarının istehsalında 2012-ci ildə 4.1%, növbəti 3 ildə orta illik 4.7% artım proqnozlaşdırılır. Növbəti ildə 3 yeni konserv zavodu, 4 müasir heyvandarlıq kompleksi, 5 süd emalı zavodu, 18 yeni damazlıq, ətlik və yumurtalıq quşçuluq müəssisəsi, 7 yeni çörək zavodu, 3 ət kəsimi fabriki istifadəyə veriləcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar