Tikinti materialları bazarı nəzarətə alınacaq
11 May 2010 Çərşənbə Axşamı 12:10
Tikinti materialları bazarı nəzarətə alınacaq. Artıq bununla bağlı texniki komitənin Əsasnaməsi təsdiq ediləcək.
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi Fövqəladə Hallar Nazirliyi ilə birgə tikinti materialları üzrə Texniki komitənin yaradılması ilə bağlı qərar qəbul edib. Komitənin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, hazırda Texniki komitənin Əsasnaməsi və 3 illik fəaliyyət planı üzərində müzakirələr aparılır.
Məqsəd tikinti-inşaat sektorunda Avropa və İSO standartlarının tətbiqini sürətləndirməkdir. Texniki komitənin işində müvafiq dövlət orqanları ilə yanaşı, Azərbaycanda fəaliyyət göstərən iri tikinti şirkətləri də iştirak edəcək. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: