Tikinti işlərində qiymətlər artıb
12 May 2010 Çərşənbə 10:45
Rüb ərzində yerüstü tikililər bölməsində 1,4 faiz bahalaşma müşahidə edilib.
Bu ilin birinci rübündə tikinti işlərində qiymətlər ötən ilin son rübünə nisbətən 0,9 faiz artıb. Dövlət Statistika Komitəsindən ANS PRESS-ə verilən məlumata görə, rüb ərzində yerüstü tikililər bölməsində 1,4 faiz bahalaşma, yol tikinisində isə 3,5 faiz ucuzlaşma müşahidə edilib.

Rüb ərzində yerüstü tikililərdən yaşayış evlərinin tikintisi üzrə qiymətlər 1,1 faiz azalıb, sosial təyinatlı binaların tikintisi üzrə qiymətlər 8,8 faiz artıb. Yaşayış evlərindən 6 və çoxmərtəbəli yaşayış evlərinin tikintisi üzrə qiymətlər 0,8 faiz, 5 mərtəbəyə qədər evlərin tikintisi üzrə qiymətlər 1,0 faiz ucuzlaşıb.

Sosial təyinatlı binalardan ümumtəhsil məktəblərinin tikintisi üzrə qiymətlər 7,4 faiz, inzibati binaların inşası üzrə isə 0,2 faiz artıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar