Tiflisde bank yardılar
28 May 2013 Çərşənbə Axşamı 12:56
Gürcüstan Bankı 24 saat fəaliyyət göstərən filialından 3 000 avro, 11 000 dollar və 17 000 lari aparıblar.
Gürcüstan paytaxtında növbəti dəfə bank yarıblar. ANS PRESS-in yerli mətbuata istinadən verdiyi məlumata görə, naməlum şəxslər “Gürcüstan Bankı”nın 24 saat fəaliyyət göstərən filialından 3 000 avro, 11 000 dollar və 17 000 lari (1 lari – 0.50 AZN) oğurlayıblar.

Hadisə dünən gecə saatlarında baş verib. Maraqlıdır ki, “Gürcü arzusu” hakimiyyətə gəlməzdən öncə Gürcüstanda belə hadisələrə çətin rast gəlmək olardı. Görünür kiminsə arzuları həyata keçir.









DOSTLARINLA PAYLAŞ:

oyunlar