Texnikabank verdiyi pulu ala bilmir
22 Oktyabr 2011 Şənbə 17:05
Texnikabank verdiyi pulu ala bilmir. Bank Abdulla Abdullayevin baş prokurora müraciətinə münasibət açıqlayıb.
“Texnikabank” ASC Demokratik İslahatlara Vətəndaş Dəstəyi İctimai Birliyinin sədri Abdulla Abdullayevin Azərbaycan Respublikasının Baş Prokuroru Zakir Qaralova ünvanladığı müraciətinə münasibət bildirib və mətbuat üçün bununla bağlı bir daha açıqlama verib.
Bankın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, həqiqətən Abdulla Abdullayevin dolayısı və ya birbaşa rəhbərlik etdiyi bir neçə şirkətin bank qarşısında kredit öhdəliyi mövcuddur. Mövcud kredit öhdəliklərinin dəfələrlə qaytarılma müddətinin uzadılmasına, restruktruzasiya edilməsinə baxmayaraq A. Abdullayevin rəhbərlik etdiyi şirkətlər bank qarşısında olan öhdəliklərini müxtəlif bəhanələrlə icra etməyib.
“Bank qanunvericiliyə müvafiq olaraq hüquq mühafizə orqanları qaşısında həmin şirkətlərin öhdəliklərinin yerinə yetirilməməsi səbəblərinin araşdırılması üçün iddia qaldırıb. Müəyyən edilib ki, kredit resursları həmin şirkətlər tərəfindən təyinatına uyğun xərclənməyib və israfçılığa yol verilərək mənimsənilib. A. Abdullayev və onun rəhbərlik etdiyi şirkətlər müxtəlif bəhanələrlə bank qarşısında olan ohdəliklərinin yerinə yetirilməsindən yayınmaqla hüquq mühafizə orqanlarına və onun işçilərinə qarşı şər-böhtan atır, banka isə güya A. Abdullayevin əmlakının ələ keçirilməsi kimi ədalətsiz iddialar irəli sürür.
A.M.A.Y. şirkətinin rəhbərliyi və onun ətrafına toplaşan bir sıra insan kredit resurslarını təyinatına uyğun istifadə etməməklə əməllərində cinayət tərkibi olmasını, müvafiq qaydada cinayət törətdiklərini dərk edir və A. Abdullayev indi də Demokratik İslahatlara Vətəndaş Dəstəyi İctimai Birliyi adından çıxış edərək, ictimaiyyət arasında çaşqınlıq yaratmaqla öhdəliklərinin yerinə yetirilməsini təmin etmir və hüquq mühafizə orqanlarına şər-böhtan yağdıraraq, məhkəmə orqanlarına bu cür təsir etməklə, eyni zamanda özünə demokratik imic yaradaraq öhdəliklərinn yerinə yetirilməsindən boyun qaçırmağa cəhd edir”. Deyə məlumatda bildirilir.
Məlumatda həmçinin qeyd olunur ki, “Biz bir daha bəyan edirik ki, “Texnikabank” A. Abdullayev və onun rəhbərlik etdiyi şirkətlərə məxsus heç bir əmlakın ələ keçirilməsinə iddiaçı deyil. Bank A. Abdullayev və onun rəhbərlik etdiyi şirkətlərdən banka məxsus kredit resurslarının qaytarılmasını tələb edir və qanunvericiliyin bütün tələblərindən istifadə edərək mənimsənilmiş resursların qaytarılmasına nail olacaq.
A. Abdullayev banklardan və digər dövlət təşkilatlarından götürdüyü kredit resurslarını mənimsəmək, vətəndaşları aldatmaqla vəsaitlərini mənimsəyərək, özünün dediyi kimi erməni xisləti siyasətini yaradarak dolayısı yolla elə erməni siyasəti apardığını açıqlayıb. Biz hesab edirik və Abdulla Abdullayevə tövsiyyə edirik ki, şər-böhtan atmaqdan, şantaj xrakterli hərəkətlərə yol verməkdən və bununla da kredit resurslarını təmin etməkdən yayınmaqdansa, likvid aktivlərini bazarda dəyərləndirərək satışını təmin etsin və mövcud öhdəliklərini yerinə yetirsin.
“Texnikabank” ASC olaraq hesab edirik ki, ölkədə bank sektorunun dayanıqlılığını təmin etmək məqsədi ilə verilən hər bir kredit məbləğinin vaxtında geri qaytarılması üçün hüquqi müstəvidə və Azərbaycan Respublikası qanunvericiliyini ali tutaraq müvafiq tədbirlər görülməsi hər bir bankın borcudur və A. Abdullayevin Demokratik İslahatlara Vətəndaş Dəstəyi İctimai Birliyi adından istifadə edərək özünü müdafiə etmək cəhdi son dərəcə təhlükəli olmaqla biznes aləmində yolverilməz və utancverici hərəkətlərdir”. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: