Texnikabank pul köçürmələrin həcmini artırır
09 İyul 2012 Bazar Ertəsi 19:10
İyunda Texnikabank tərəfindən göndərilən və alınan bütün pul köçürmələrin həçmi 11,5 milyon manat olub.
“Texnikabank” bu ilin iyun ayı ərzində təcili pul köçürmələrin həcminin artdığını qeyd edir. Bu barədə ANS PRESS-ə bankın məlumatında bildirilir.
Məlumata əsasən, 2012-ci ilin may ayının sonunda banka daxil olan köçürmələrin həcmi 8,84 milyon manat təşkil edibsə, iyun ayının sonuna bu göstərici 9,7 milyon manata çatıb.
“İyun ayında bank tərəfindən göndərilən və alınan bütün pul köçürmələrin həçmi 11,5 milyon manat təşkil edib”,- deyə məlumatda qeyd edilir.
Hazırda “Texnikabank” “Western Union”, “PrivatMoney”, “Contact”, “Miqom”, “Zolotaya Korona”, “Caspian Money Transfer”, “Blizko”, “Bıstraya poçta” , “Lider”, “Faster”, “Xpress Money”, “IBA-Express” pul köçürmə sistemləri ilə əməkdaşlıq edir.
DOSTLARINLA PAYLAŞ: