Texnikabank plastik kartlarının sayını 100 minə çatdıracaq
17 Yanvar 2011 Bazar Ertəsi 17:55
Texnikabank bu il əlavə 37 bankomat və 85 POS terminal quraşdıracaq.
"Texnikabank" ASC bu il emissiya edilən aktiv plastik kart sayını 100 minə çatdırmağı planlaşdırır. Bankdan verilən məlumata görə, bu il əlavə 37 bankomat və 85 POS terminal quraşdırılacaq.
Bu ilin 1 yanvar tarixi üçün bankın emissiya edilən aktiv plastik kart sayı 49,11 min olub. Bu, bir il əvvəlkindən 9 min və ya 22,8 faiz çoxdur. Hesabat dövründə bankomat sayı 26% artaraq 63-ə çatıb. POS terminal sayı 250-dən 115-ə azalıb.
Bu il aprelin sonu üçün bankın prosessinq mərkəzi SMS və internet bankinq, eləcə də E-commerce xidmətləri üçün “MasterCard” və “Visa İnternational” beynəlxalq sistemlərində sertifikatlaşmadan keçəcək. İlin ikinci yarısından "Texkart" prosessinq mərkəzində xidmət göstərilməsini istəyən bankların sifarişinə baxılacaq. Onlar hamısı ümumilikdə ümumi sayı 80 min beynəlxalq kart emissiya edir.
Qeyd edək ki, bank “MasterCard” və “Visa International” beynəlxalq ödəniş sistemlərinin prinsipial üzvüdür və “Visa Ecectron”, “Classic”, “Gold” və “Platinum”, eləcə də “MasterCard Standar”, “Master Card Gold” və “Master Card Maestro” emissiya edir. 2010-cu ilin mart ayından bankın "Texkart" prosessinq mərkəzi xidmətə başlayıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: