Texnikabank kütləvi ödənişlərin qəbuluna başlayır
26 Aprel 2011 Çərşənbə Axşamı 19:35
Texnikabank “Qolden Pay” MMC və “Millikart” MMC ilə müqavilə imzalayıb.
“Texnikabank” ASC “Qolden Pay” MMC “Millikart” MMC ilə müqavilə imzalayıb. Bankın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, imzalanmış 18 saylı müqaviləyə əsasən bankın filiallarında “Agent Pay” sistemi vasitəsilə müxtəlif kütləvi ödənişlərin qəbul edilməsi razılaşdırılıb.

Artıq “Texnikabank”ın baş ofis və filialları ilə yanaşı bankın bankomat və informasiya köşklərində bu sistem vasitəsilə mobil operatorların şəhər telefon danışıqlarının müxtəlif İnternet provayderlərinin, həmçinin “Bakıelektrikşəbəkə”və kabel televiziyalarının ödənişləri qəbul edilə bilər.

Tezliklə “Azeriqaz”, “Azercell”, “Azərenerji”nin də sistemə əlavə edilməsi və ödənişlərinin həyata keçirilməsi gözlənilir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar