"Texnikabank"ın məcmu kapitalı 53,2 faiz artıb
28 Aprel 2011 Cümə Axşamı 22:46
Ötən ilin yekunu ilə müqayisədə bankın kapitalı 39,4 faiz artaraq 89,5 milyon manat olub
"Texnikabank"ın məcmu kapitalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 53,2 faiz, ötən ilin yekunu ilə müqaisədə isə 39,4 faiz artaraq 89,5 milyon manat olub. Bankın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, bankin emissiya edilmiş plastik kartlarının sayı 51 323 ədəd, bankomatlarının sayı 81 ədəd, POS-terminalların sayı isə 602 ədəd təşkil edir.
Qeyd edək ki, 1993-cü ildə təsis olunmuş "Texnikabank" ASC hazırda ölkənin bank sektorunda əsas göstəricilərə görə ilk beşlikdə qərarlaşıb. Özəl banklar arasında geniş filial şəbəkəsinə malik bankın Bakı şəhəri və regionlarda yerləşən 35 filial və 5 şöbəsi istifadəyə verilib. Hazırda "Texnikabank" özünün 637 işçidən ibarət personalı ilə müştərilərinə bütün növ bank xidmətləri göstərir.
DOSTLARINLA PAYLAŞ: