"Texnikabank"ın aktivləri artıb
11 May 2011 Çərşənbə 13:07
ASC-nin səhmləri ilin əvvəli ilə müqaisədə 6,7% artaraq 528,7 mln. manat olub
"Texnikabank" ASC-nin aktivləri ilin əvvəli ilə müqaisədə 6,7% artaraq 528,7 mln. manat olub. Bankın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, bu nəticə 2011-ci ilin ilk dörd ayının yekunlarına əsasən əldə edilib. Eyni zamanda bank uğurlu kredit siyasətini davam etdirib və kredit portfelini 11% artıraraq 360,6 mln. manata çatdırıb.
"Texnikabank" ASC-nin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, fiziki şəxslərin əmanətlərinin 2010-cu ildən başlayan artım tendensiyası 2011-ci ilin ilk dörd ayı ərzində də davam edib. Belə ki, müddətli əmanətlər ilin əvvəli ilə müqaisədə 13,6% artaraq 155 mln. manatdan 176 mln. manata çatıb. Bankın mənfəəti 2011-cu ilin ilk dörd ayı ilə müqaisədə 191% artaraq 2,9 mln. manat təşkil edib.
2011-ci ilin bank üçün ən əhəmiyyətli nəticələrindən biri də bankın məcmu kapitalının ilk dörd ay ərzində 54% artımı olub və hesabat dövründə bankın məcmu kapitalı 98,6 mln. manata çatdırılıb. Nizamnamə kapitalında isə 20% artım müşahidə olunmuş və 64,8 mln. manat həddində olub.
DOSTLARINLA PAYLAŞ: