"TexnikaBank"dan yeni "Texkart"
30 Oktyabr 2009 Cümə 17:05
"TexnikaBank"dan yeni "Texkart". Bank noyabrın sonlarına prosessinq mərkəzini işə salacaq.
"TexnikaBank" ASC bu ilin noyabr ayının sonu üçün təsisçisi olduğu "Texkart" ASC prosessinq mərkəzini işə salmağı planlaşdırır.
Bankdan verilən məlumata görə, mərkəzin işə başlaması üçün bank “MasterCard” və “Visa International” beynəlxalq ödəniş sistemlərində müvafiq lisenziyalaşma prosesindən keçib.

Son məlumatlara əsasən, bankın aktiv kartlarının ümumi sayı 43 min ədəddir. Bankın 60 bankomatı və 300 POS terminalı var.

Qeyd edək ki, hazırda ölkədə 3 prosesinq mərkəzi var: “Millikart”, “Azericard” və "Kapital Bank"ın prosessinq mərkəzi.
ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar