Texnika Leasing portfeli 4 milyon manata çatdırılacaq
13 Yanvar 2011 Cümə Axşamı 17:50
Ötən il Texnika Leasing lizinq portfeli 22,2 faiz azalaraq 3,36 milyon manat təşkil edib.
Bu ilin sonunadək "Texnika Leasing" şirkəti portfelin həcmini 4 milyon manata çatdırmağı planlaşdırır. Şirkətdən verilən məlumata görə, ötən il lizinq portfeli 0,96 milyon manat və ya 22,2 faiz azalaraq 3,36 milyon manat təşkil edib.
Hesabat dövründə müqavilələrin sayı 8-dən 6-dək azalıb, lizinqə verilən əmlakın ümumi məbləği isə 12,7 faizdən 495 min manatadək artıb. Hazırda şirkətin ümumi məbləği 2,88 milyon manat həcmində 20 aktiv müqaviləsi var.
Portfel strukturunda Bakının payına 95 faiz düşüb. Qalan 5 faizi regionlar, o cümlədən Quba, Qusar, Bərdə təşkil edib. Şirkətin əməliyyat portfelinin əsas hissəsini yük texnikasının lizinqi (75 faiz) təşkil edir. Minik avtomobillərinin lizinqinin payına portfelin 20 faizə qədəri düşür. Qalan 5 faizi isə digər avadanlıqların lizinqi təşkil edir.
Qeyd edək ki, "Texnika Leasing" 2004-cü ildən fəaliyyət göstərir və "TexnikaBank" ASC-nin törəmə strukturudur. Ötən ilin sonunda şirkətin aktivləri 7,25 milyon. manat, kapitalı 6 milyon manat təşkil edib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: