Telman İsmaylov “Çerkizov bazarı”nı yenidən tikir
20 May 2010 Cümə Axşamı 13:20
Bunun üçün iş adamı Moskvada 336 hektar torpaq sahəsi alıb.
“AST” şirkətlər qrupunun sahibi, ötən ilin sonlarında Rusiyanın Moskva şəhərindəki Çerkizov bazarını əlindən buraxan Azərbaycan əsilli iş adamı Telman İsmayılov itirdiklərini geri qaytarmaq niyyətindədir. ANS PRESS-in “RBKDaily”yə istinadən yaydığı məlumata görə, iş adamı bu dəfə 1 milyard dollar xərc edərək Moskvanın Lenin rayonunda 36 hektar torpaq sahəsi alıb. Bu ərazidə yeni ticarət mərkəzi, yaxud bazar tikiləcəyi gözlənilir.
Maraqlısı budur ki, həmin torpaq sahəsi Rusiya Xarici Kəşfiyyat Xidmətinin mənzil-qərargahının yanında yerləşir. Torpaq satışı ilə məşğul olan "Geo Development" şirkətinin baş direktoru Maksim Leşev bu məsələ ilə bağlı deyib ki, torpağın alınması ilə bağlı əməliyyat keçən ay həyata keçirilib. Onun sözlərinə görə, alınmış torpaq sahəsinin bir neçə sahibi olub: “Məsələn, 14 hektar torpaq “Masştab” şirkətindən alınıb. “Masştab” şirkətinin rəhbəri də Mixail Malikov faktı təsdiqləyib. O qeyd edib ki, T. İsmayılov 36 hektar torpaq almaq üçün 60 milyon dollarından keçib”.
Bu ərazidə torpağın bir sotunun qiyməti 16 min dollara başa gəlib. “AST” Şirkətlər Qrupunda isə bu məsələni şərh etmək istəməyiblər. Ekspertlər isə hesab edirlər ki, T. İsmayılov bu ərazidə 2009-cu ildə bağlanmış “Çerkizov” bazarının yeni layihəsini yaratmaq niyyətindədir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: