Təcili kredit almaq istəyənlərin nəzərinə
09 Dekabr 2010 Cümə Axşamı 15:45
“TBC Kredit” “Təcili Pul” üzrə şərtləri yaxşılaşdırdı
“Təcili Pul” girovsuz kreditə Yeni il Aksiyası “-2%”-dən savayı “TBC Kredit” bu məhsul üzrə kredit müddətini iki ilə qədər və kredit məbləğini 2 dəfə artıraraq kredit şərtlərini yaxşılaşdırdı. Şirkətin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, indi girovsuz kredit üzrə maksimal kredit məbləği 10,000 manat, minimal faiz dərəcəsi isə yeni il aksiyası ilə əlaqədar olaraq 20 faiz təşkil edir. Bundan başqa girovsuz krediti zaminsiz də əldə etmək mümkündür.
Xatırladaq ki, “Təcili Pul” girovsuz kreditdir və istənilən məqsəd üçün istifadə oluna bilər. Adıçəkilən məhsul əhali arasında böyük tələbatla istifadə olunur, belə ki, kredit minimal sayda sənəd təqdimatı əsasında 2 gün ərzində verilir.
Qeyd edək ki, “TBC Kredit” Bank Olmayan Kredit Təşkilatı Azərbaycanda 1999-cu ildən etibarən fəaliyyət göstərir. 2007-ci ilin dekabrından etibarən kompaniyanın 75 faizi Gürcüstanın aparıcı bankı “TBC Bank”a və 25 faizi Amerika şirkəti olan “ShoreBank International Ltd”.-yə məxsusdur.
DOSTLARINLA PAYLAŞ: