TBC Kredit ipoteka krediti üzrə faiz dərəcəsini aşağı salır
29 Dekabr 2010 Çərşənbə 14:20
Yanvardan həmin kreditlər üzrə minimal faiz dərəcəsi illik 14 faiz, müddəti isə 10 il təşkil edəcək
Yeni ildən etibarən “TBC Kredit” faiz dərəcəsini 4 faiz aşağı salaraq ipoteka kreditləri üzrə şərtləri yaxşılaşdırır. Şirkətin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, artıq yanvardan həmin kreditlər üzrə minimal faiz dərəcəsi illik 14 faiz, müddəti isə 10 il təşkil edəcək.
“TBC Kredit” təkcə mənzil alışı üçün deyil, həmçinin təmir, şəxsi evin tikintisi, torpaq sahəsinin alışı üçün də kreditlər təklif edir. Şəxsi evin tikintisi üçün minimal illik faiz dərəcəsi 16 faiz, təmir üçün isə minimum 18 faiz təşkil edir. Bununla bərabər kreditin maksimal məbləği 200 min dollar təşkil edir.
Təşkilatın planlarına verilən ipoteka kreditlərinin aylıq həcminin fəal surətdə artırılması daxildir.
Qeyd edək ki, “TBC Kredit” Azərbaycanda ipoteka kreditləri verməyə başlayan ilk təşkilatdır. “TBC Kredit” Bank Olmayan Kredit Təşkilatı Azərbaycanda 1999-cu ildən fəaliyyət göstərir. 2007-ci ilin dekabr ayından şirkətin 75 faizi Gürcüstanın aparıcı bankı olan “TBC Bank”a, 25 faizi isə “ShoreBank International Ltd” şirkətinə məxsusdur.
DOSTLARINLA PAYLAŞ: