“TBC Kredit” faiz dərəcələrini aşağı saldı
04 İyun 2010 Cümə 14:20
Faiz dərəcələrinin aşağı salınması bir çox vətəndaşların özlərinə mənzil şəraitlərini yaxşılaşdırmağa imkan verəcək.
“TBC Kredit” ipoteka kreditləri üzrə iyulun 1-dən etibarən faiz dərəcələrini 4 faiz aşağı salaraq kredit şərtlərini yaxşılaşdırdı. Təşkilatdan ANS PRESS-ə verilən məlumata görə, indi minimal faiz dərəcəsi illik 18 faiz, maksimal müddət isə 10 il təşkil edir.
Faiz dərəcələrinin aşağı salınması bir çox vətəndaşların özlərinə mənzil şəraitlərini yaxşılaşdırmağa imkan verəcək. Əhaliyə mənzilin alışı və təmiri, şəxsi evin tikilməsi, torpaq sahəsinin alınması üçün kreditlər təklif olunur. Bununla bərabər kreditin maksimal məbləği 200,000 dollar təşkil edir. Təşkilatın planlarına verilən ipoteka kreditlərinin aylıq həcminin fəal surətdə artırılması daxildir.
Qeyd edək ki, “TBC Kredit” – Azərbaycanda ipoteka kreditləri verməyə başlayan ilk təşkilatdır. “TBC Kredit”in biznes fəaliyyətinin sabitliyi hər şeydən əvvəl yüksək xidmət səviyyəsi ilə səciyyələnir. Kompaniyanın üstünlüyü müştərilərin ehtiyaclarını tam bilməsi və dərindən anlamasındadır. “TBC Kredit” bütün səylərini hər bir müştəri ilə əməkdaşlığın səmərəli və qarşılıqlı faydalı olmasına yönəldir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: