“TBC Kredit”dən Yeni il Kampaniyası
06 Dekabr 2010 Bazar Ertəsi 11:05
Şirkət girovsuz “Təcili pul” kreditlərinə “-2%” kampaniyasını elan edib
Yeni ilin astanasında “TBC Kredit” girovsuz “Təcili pul” kreditlərinə “-2%” kampaniyasını elan edib. Şirkətdən ANS PRESS-ə verilən məlumata görə, kreditə müraciət edənlər yeni il hədiyyəsi olaraq illik faiz dərəcəsinə 2% güzəşt əldə edirlər. İndi bu kredit üzrə minimal illik faiz dərəcəsi 20% təşkil edir. Kampaniya 6 dekabrdan 31 dekabra qədər davam edəcək.

Təcili Pul” girovsuz kreditdir və istənilən məqsəd üçün istifadə oluna bilər. Bu kredit üzrə maksimal məbləğ 5,000 manat, maksimal müddət isə 18 ay təşkil edir. Adıçəkilən məhsul əhali arasında böyük tələbatla istifadə olunur, belə ki, kredit minimal sayda sənəd təqdimatı əsasında 2 gün ərzində verilir.

Qeyd edək ki, “TBC Kredit” Bank Olmayan Kredit Təşkilatı Azərbaycanda 1999-cu ildən etibarən fəaliyyət göstərir. 2007-ci ilin dekabrından etibarən kompaniyanın 75 faizi Gürcüstanın aparıcı bankı “TBC Bank”a və 25 faizi “ShoreBank International Ltd.”-yə məxsusdur.


DOSTLARINLA PAYLAŞ:

oyunlar