TBC Kredit 9 aylıq fəaliyyətinə yekun vurdu
21 Oktyabr 2010 Cümə Axşamı 14:45
Bank Olmayan Kredit Təşkilatı TBC Kreditin kredit portfeli 20 faiz artıb.
“TBC Kredit” Bank Olmayan Kredit Təşkilatının kredit portfeli ötən ilin göstəriciləri ilə müqayisədə təqribən 20 faiz artıb. Şirkətin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, bu ilin 1 oktyabr tarixinə olan göstəricilərə əsasən şirkətin kredit portfeli artaraq 1785 aktiv kreditlə 19,5 milyon dollara çatıbr. Portfelin 56 faizini biznes, 29 faizini ipoteka və 16 faizini istehlak kreditləri təşkil edir.
Məlumata görə, təşkilatın kredit portfelinin artması hər şeydən əvvəl keçən il ilə müqayisədə kreditlər üzrə daha əlverişli şərtlərin təklif edilməsi hesabına əhaliyə verilən kreditlərinin həcminin artmasından irəli gəlir. Bütün kredit növləri üzrə faiz dərəcələri aşağı salınıb və verilən kreditlərin məbləğinin həcmi artırılıb. Bu faktorun sayəsində təklif edilən kreditlərin bazarda rəqabət qabilliyətliliyi artıb.
Qeyd edək ki, “TBC Kredit” Bank Olmayan Kredit Təşkilatı Azərbaycanda 1999-cu ildən etibarən fəaliyyət göstərir. 2007-ci ilin dekabrından etibarən kompaniyanın 75 faizi Gürcüstanın aparıcı bankı “TBC Bank”a və 25 faizi “ShoreBank International Ltd”.-yə məxsusdur. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: