Taxıl istehsalı 23 faiz artıb
27 Dekabr 2011 Çərşənbə Axşamı 12:40
Hesabat dövründə ölkədə 2 457,9 min ton taxıl (qarğıdalısız) istehsal olunub.
Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycan taxıl istehsalını ötən ilin analoji dövrünə nisbətən 22,9% artırıb. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Məlumatda bildirilir ki, hesabat dövründə ölkədə 2 457,9 min ton taxıl (qarğıdalısız) istehsal olunub ki, bu da ötən ilin analoji dövrünə nisbətən 23,7% çoxdur. Dən üçün qarğıdalıya gəldikdə isə, Azərbaycan 2011-ci ilin yanvar-noyabr aylarında bu məhsulun yığımını 11,5% artıraraq 151,7 min tona çatdırıb.
“Ümumiyyətlə, hesabat dövründə ölkədə 2 457,9 min ton taxıl istehsal olunub ki, bu da keçən ilin ilk on bir ayına nisbətən 22,9% çoxdur”, - deyə komitədən bildirilib.
DOSTLARINLA PAYLAŞ: