TANAP-da iştirak edəcək şirkətlərə güzəşt
22 Oktyabr 2014 Çərşənbə 10:46
Trans Anadolu qaz boru kəmərinin inşası ilə bağlı bütün proses ƏDV-dən azad olacaq
Trans Anadolu qaz boru kəmərinin (TANAP) inşası ilə bağlı bütün proses ƏDV-dən azad olacaq.

ANS PRESS-in məlumatına görə, bu barədə Türkiyə ilə Azərbaycan arasında TANAP-la bağlı imzalanan beynəlxalq müqavilədə qeyd edilib. Sənəddə dəyişiklik edilib və bu barədə "Rəsmi qəzet"də məlumat dərc edilib.

Dəyişikliyə əsasən, TANAP-ın inşası və layihə şirkətinə təmin ediləcək bütün mal və xidmətlərin təslimi ƏDV-dən azad olacaq. Sözügedən güzəştlər 1 yanvar 2014-cü il tarixindən hesablanacaq.

Türkiyə milli qanunlarındakı nəzərdə tutulan ehtiyat kapitalına dair beynəlxalq normalara əsasən öhdəliklər TANAP-da iştirak edən şirkətlərə tətbiq edilməyəcək. Şirkət, amortizasiya üçün Beynəlxalq Hesabatlar Standartlarının tələbinə uyğun olaraq ehtiyyatda vəsait saxlamaq məcburiyyətində qalmayacaq.

Dəyişikliklər, təyin olunan prosedurların tamamlanmasından sonra qüvvəyə minəcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar