Suriya ilə Azərbaycan arasında saziş bağlanıb
06 Dekabr 2010 Bazar Ertəsi 16:50
Gələn ildən etibarən Suriya Azərbaycandan təbii qaz idxal etməyə başlayacaq.
APA-nın «Bloomberg»a istinadən verdiyi məlumata görə, bunu Suriyanın neft nazirinin müavini Həsən Zeynəb bildirib.

H.Zeynəbin bildirdiyinə görə, Suriya Azərbaycandan gündəlik təxminən 3,5 mln. kubmetr qaz idxal edəcək.

Nazir müavini bildirib ki, Azərbaycandan Suriyaya təbii qazın ixracına artıq 2011-ci ilin sonunda başlanacağı gözlənilir. Nənqlin başlanmasının dəqiq vaxtı isə Türkiyə ilə Suriya arasında inşa olunan boru kəmərinin tikintisi başa çatdıqdan sonra müəyyənləşəcək.

Xatırladaq ki, bu il noyabr ayının 23-də Azərbaycan və Suriya arasında təbii qazın alqı-satqısının texniki detallarına dair son saziş imzalanıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar