Standard & Poor’s agentliyi ABŞ-ın kredit reytinqini azaldıb
06 Avqust 2011 Şənbə 10:36
Standard & Poor’s reytinq agentliyi ilk dəfə olaraq ABŞ-ın kredit reytinqini «AAA» dərəcəsindən «AA+» dərəcəsinədək endirib.
«APA-Economics»in məlumatına görə, bu qərar ABŞ-da büdcə kəsirinin artması ehtimalları ilə bağlıdır. Nəticədə, ABŞ Maliyyə Nazirliyinin qiymətli kağızları bundan sonra Böyük Britaniya, Fransa, Almaniya və Kanada kimi ölkələrin dövlət istiqrazlarından daha az etibarlı kimi qiymətləndirilir.

Maraqlıdır ki, reytinq üzrə proqnoz mənfidir. Yəni, yaxın 1,5-2 il ərzində ölkənin kredit reytinqi daha da azaldıla bilər.

Qeyd edək ki, Ağ Ev rəsmiləri «S&P» agentliyinin ekspertləri tərəfindən xarici borcun ÜDM-ə nisbətinin hesablanması zamanı riyazi səhvə yol verdiklərini vurğulayır. Agentlik rəsmiləri isə hələ bununla bağlı açıqlama verməyiblər. APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar