"Standard Insurance" nizamnamə kapitalını artırır
18 May 2010 Çərşənbə Axşamı 18:30
Sığorta şirkətinin səhmlərinin emissiya prospekti Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən qeydə alınıb.
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən “Standard Insurance” ASC-nin adi adlı sənədsiz səhmlərinin emissiya prospekti qeydə alınıb. Komitənin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə Bakı Fond Birjası vasitəsi ilə keçiriləcək.
Dövlət qeydiyyat nömrəsi AZ100100679P, emissiyanın həcmi 3 milyon manat, qiymətli kağızın miqdarı 30 000 ədəd, nominal dəyəri 100 manat, anderrayter isə «Standard Kapital» MMC-dir.
Səhmləri əldə etmək istəyən şəxslər Bakı Fond Birjasının üzvü olan və broker lisenziyasına malik olan təşkilata müraciət edə bilər. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: