"Standard Insurance" BFB-yə müraciət etdi
20 May 2010 Cümə Axşamı 18:40
İyunun 3-dən Bakı Fond Birjasında sığorta şirkətinin səhmlərinin yerləşdirilməsinə başlanılacaq.
Bakı Fond Birjasına (BFB) “Standard Insurance” ASC-nin adi sənədsiz adlı səhmlərinin qeyri-kotirovka vərəqəsinə salınmasıyla bağlı müraciət olunub. BFB-dən ANS PRESS-ə verilən məlumata görə, 3 iyun tarixindən etibarən fondda “Standard Insurance” ASC-nin səhmlərinin yerləşdirilməsinə başlanılması nəzərdə tutulur.

Dövlət qeydiyyat nömrəsi AZ100100679P, emissiyanın həcmi 3 milyon manat, qiymətli kağızın miqdarı 30 000 ədəd, nominal dəyəri 100 manat, anderrayter “Standard Kapital” MMC-dir.

Səhmləri əldə etmək istəyən şəxslər BFB-nin üzvü olan və broker lisenziyasına malik olan təşkilata müraciət edə bilər. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar