Sovet dövründən banklarda qalmış əmanətlərinin qaytarılması üçünmexanizm hazırlanır
22 Noyabr 2011 Çərşənbə Axşamı 18:34
Bunu parlamentin sədri Oqtay Əsədov deyib.
“Azərbaycanda əhalinin sovet dövründən banklarda qalmış əmanətlərinin qaytarılması üçün vəsait var və hökumət tərəfindən bunun mexanizminin hazırlanması istiqamətində iş aparılır”.
APA-nın məlumatına görə, bunu dövlət büdcəsi layihəsinin Milli Məclisdə müzakirəsi zamanı parlamentin sədri Oqtay Əsədov deyib.

Spiker bildirib ki, bununla bağlı qanun qəbul olunmalıdır. Qanun layihəsi ilə yanaşı, indeksləşdirmə və qaytarılma mexanizmi də hazırlanmalıdır: "Mən maliyyə naziri Samir Şərifovla danışmışam, bu istiqamətdə iş aparılır. Prezidentin də bununla bağlı böyük narahatlığı var. Mexanizm hazırlanandan sonra qanun layihəsi Milli Məclisə çıxarıla və biz onu qəbul edə bilərik. Bu məsələdən danışan zaman bir az ehtiyatlı olmalıyıq. Azərbaycan qədər qaçqını, miqrantı olan ölkə yoxdur. Biz çalışmalıyıq ki, qaytarılan əmanətlər Azərbaycanda qalsın, başqa yerə getməsin".


DOSTLARINLA PAYLAŞ:

oyunlar