Sony Ericsson şirkəti rübü sıfır gəlirlə başa vurub
15 Oktyabr 2011 Şənbə 11:21
Sony Ericsson şirkəti bu ilin ikinci rübünü 42 milyon avro məbləğində ziyanla başa vurub.
İsveç-Yaponiya mobil telekommunikasiya qurğuları istehsalçısı Sony Ericsson şirkətinin xalis gəliri üçüncü rübün yekunları üzrə sıfır göstəricisinə bərabər olub, halbuki bir il əvvəlki gəlir göstəricisi 49 milyon avro təşkil edib.

Hesabat dövrü ərzində şirkətin əməliyyat gəliri 38 milyon avro olub ki, bu da 2010-cu ilin iyul-sentyabr aylarının göstəricisindən 44 faiz azdır.

Sony Ericsson-nun cari ilin birinci rübündə mədaxili ötən ilin analoji göstəricisi ilə müqayisədə 1 faiz – 1,59 milyard avroyadək azalıb, RİA Novosti yazır.

Qeyd edək ki, cari ilin mart ayında Yaponiyada baş verən zəlzələ və sunami səbəbindən şirkət qurğuların komplektləşdirmə hissələrinin çatdırılmasında çətinliklərlə qarşılaşıb və bu ilin ikinci rübünü 42 milyon avro məbləğində ziyanla başa vurub. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar