Sony Ericsson fəaliyyətini dayandırıb.
17 Fevral 2012 Cümə 12:20
Şirkət bundan sonra Sony Mobile Communications adlandırılacaq.
Sony korporasiyası bu gün Sony Ericsson birgə müəssisəsində Ericsson şirkətinin malik olduğu 50 faizlik payın 1,05 milyard avroya alınmasına dair sazişin başa çatmasını elan edib.
Sony Ericsson bundan sonra Sony Mobile Communications adlandırılacaq və mobil qurğular istehsalını davam etdirərək Sony-nin tərkibində bölmələrdən biri olacaq.
Mənzil-qərargahı Londonda (Böyük Britaniya) yerləşən şirkətin 8000 minə yaxın əməkdaşı var. Bundan başqa, prezident və icraçı direktor vəzifəsini əvvəllər Sony Ericsson-a rəhbərlik etmiş Bert Nordberq yerinə yetirəcək, Kompulenta yazır.
Yaponiya korporasiyasının istehsalı olan Sony brendli ilk qurğuların fevralda Barselonada keçiriləcək Mobile World Congress 2012 sərgisində nümayiş ediləcəyi gözlənilir.
DOSTLARINLA PAYLAŞ: