Son on ilde yoxsulluq texminen 10 defe azalıb
20 Oktyabr 2013 Bazar 04:18
Prezident İlham Aliyev son on il erzinde ölke iqtisadiyyatına 150 milyard dollar sermaye qoyulduğunu deyib.
Son on il ərzində Azərbaycanda 1 milyon 200 min yeni iş yeri açılıb. Onlardan 900 mini daimi iş yeridir. Bunu prezidenti seçilmiş İlham Əliyevin təntənəli andiçmə mərasimində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, işsizlik kimi ciddi problemin böyük hissəsi demək olar ki, həllini tapıb. "İşsizliyin səviyyəsi təxminən 5 faiz civarındadır. Ancaq elə etməliyik ki, biz növbəti illərdə işsizliyi tamamilə aradan götürək".
Dövlət başçısı on il ərzində ölkə iqtisadiyyatına 150 milyard dollar sərmayə qoyulduğunu deyib. Bu sərmayənin təxminən yarısı xarici sərmayədir. "Bu, bir tərəfdən onu göstərir ki, Azərbaycan xarici investorlar üçün cəlbedici ölkə olaraq qalır. Eyni zamanda, yerli investisiyalar da artır. Azərbaycanda gözəl investisiya iqlimi var. Azərbaycanda çox uğurlu iqtisadi inkişaf müşahidə olunur.
On il ərzində Azərbaycanda yoxsulluq təxminən 10 dəfə - 49 faizdən 5,5 faizədək azalıb. Orta maaş 5,6 dəfə, orta pensiya 9,2 dəfə artıb. 10 il ərzində Azərbaycanda 2700 məktəb, 500-ə yaxın xəstəxana, 35 olimpiya mərkəzi tikilib, tarixi abidələrimiz bərpa edilib. Bir sözlə, sosial siyasət bundan sonrakı illərdə də prioritet olaraq qalacaq, iqtisadi sahədə uğurlar əminəm ki, bundan sonra da davam edəcəkdir. Bizim xarici dövlət borcumuz çox aşağı səviyyədədir – təxminən ümumi daxili məhsulun 7-8 faizini təşkil edir. Dünya miqyasında bu, ən yaxşı göstəricilərdən biridir".
DOSTLARINLA PAYLAŞ: