SOCAR-Turcas 20 milyard dollar sərmayə yatıracaq
03 Dekabr 2010 Cümə 17:10
Türkiyənin İzmir şəhərinin Aliağa qəsəbəsində neft emalı zavodu inşa ediləcək
"SOCAR-Turcas" Azərbaycan-Türkiyə şirkətlər alyansı Türkiyənin "Petkim" holdinqinin İzmir şəhərinin Aliağa qəsəbəsi ərazisində neft emalı zavodunun (NEZ) tikintisinə 2023-cü ilə kimi 20 milyard dollar yatıracaq. Bu barədə ARDNŞ-in sərmayələr idarəsinin rəisi Vaqif Əliyev Bakıya gələn bir qrup tükiyəli juralistlərə açıqlamasında Aliağa qəsəbəsilə bağlı planlarını paylaşarkən deyib. O, Aliağadakı planlaşdırdıqları sərmayələr üçün Sinqapurun Jurong adasını tədqiq etdiklərindən danışıb. Onun sözlərinə görə, 2023-cü ilə ümumi həcmi 20 milyard dollar olacaq layihəyə neft emal edən zavod, istilik elektrostansiyası və neft məhsulları terminalının inşa edilməsi daxildir: “Sözügedən sərmayəyə illik işləmə qabiliyyəti 10 milyon ton olacaq neft emalı zavodu, liman və 2 min megavatt gücə malik istilik stansiyası, külək stanisyası və neft məhsulları terminalı daxildir”.

Vaqif Əliyev həmçinin neft emalı zavodunun inşası ilə bağlı həm türk, həm də əcnəbi bir çox şirkətlərdən ortaqlıq təklifi aldıqları haqda da məlumat verib.



DOSTLARINLA PAYLAŞ:

oyunlar