Socar Gürcüstanı qazlaşdırmaqda davam edir
15 Yanvar 2010 Cümə 22:20
Gürcüstandakı abonentlərin sayı 40 minə yaxınlaşmaq üzrədir
Dövlət Neft Şirkətinin Gürcüstandakı bölməsi “Socar Georgia” bu il qonşu ölkədə qazlaşdırılma prosesini davam etdirəcək. Şirkətin baş direktoru Mahir Məmmədov ANS-ə müsahibəsində abunəçilərin sayının artırılacağını da deyib.
“Qazlaşdırma istiqamətində də işlər davam edir. Ötən il biz qazlaşdırma üçün 15 milyon vəsait xərcləmişik. Qazlaşdırılmış abonentlərin sayı artıq 30 mini keçib və 40 minə yaxınlaşmaq üzrədir”, - deyə Mahir Məmmədov söyləyib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: