SOCAR dövlət büdcəsinə 1 milyard manata yaxın pul ödəyib
09 İyul 2014 Çərşənbə 20:23
Bu ilin iyun ayında ARDNŞ Dövlət Sosial Müdafiə Fonduna 11 milyon 799 min manat vəsait köçürüb.
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) tərəfindən 2014-cü ilin iyun ayında dövlət büdcəsinə 145 milyon 651 min manat vəsait ödənilib.

ANS PRESS şirkətin saytına istinadən məlumat verir ki, bu, 2013-cü ilin iyun ayı ilə müqayisədə 13 milyon 15 min manat və ya 109,8 faiz çoxdur. Ümumiyyətlə, 2014-cü ilin yanvar-iyun aylarında büdcəyə 968 milyon 309 min manat vəsait ödənilib ki, bu göstərici də ötən ilin müvafiq dövrü ilə müqayisədə 182 milyon 761 min manat və ya 123,3 faiz çox olub.

Bundan əlavə, cari ilin iyun ayında ARDNŞ Dövlət Sosial Müdafiə Fonduna 11 milyon 799 min manat vəsait köçürüb. Ümumiyyətlə, 2014-cü ilin yanvar-iyun aylarında Şirkət tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödəniş 72 milyon 237 min manat təşkil edib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar