SOCAR brendi Marneuliyə də gəldi
05 Avqust 2010 Cümə Axşamı 16:05
Şəhərin mərkəzində yeni yanacaqdoldurma məntəqəsinin açılışı olub.
Dövlət Neft Şirkətinin (ARDNŞ) Gürcüstandakı törəmə müəssisəsi “SOCAR Georgia Petroleum” MMC qonşu respublikada “SOCAR” brendi altında fəaliyyət göstərən yanacaqdoldurma məntəqələri şəbəkəsini genişləndirməkdə davam edir. Şirkətin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Gürcüstanda soydaşlarımızın ən sıx yaşadığı Marneuli şəhərinin mərkəzində SOCAR brendli yeni, muasir standartlara cavab verən daha bir yanacaqdoldurma məntəqəsinin açılışı olub.
“SOCAR Georgia Petroleum” MMC-yə məxsus yanacaqdoldurma məntəqələrinin açılış mərasimində ARDNŞ-in Gürcüstan nümayəndəliyinin rəhbəri, “SOCAR Energy Georgia” MMC-nin baş direktoru Mahir Məmmədov, Kvermo Kartli bölgəsinin qubernatoru David Kirkitadze, Marneuli rayon icra hakiminin müavini Heydər Musayev və digər dövlət rəsmiləri, ictimaiyyətin nümayəndələri iştirak edib.
Yeni yanacaqdoldurma məntəqəsinin istismara buraxılması ilə Gürcüstan ərazisində SOCAR brendi ilə fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrinin sayı 43-ə çatıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: