SOCAR brendi ilə 26 yanacaqdoldurma stansiya istismara veriləcək
20 Dekabr 2009 Bazar 17:00
SOCAR brendi ilə 26 yanacaqdoldurma stansiya istismara veriləcək. Hazırda Bakıda və bölgələrdə 10 stansiyanın inşası davam edir.
2011-ci ilədək ölkədə SOCAR brendi ilə 26 yanacaqdoldurma stansiyasının istismara verilməsi planlaşdırır. Bu barədə məlumat verən ARDNŞ prezidenti Rövnəq Abdullayev bildirib ki, şirkət
hazırda Bakıda və respublikanın bir neçə rayonunda 10 yanacaqdoldurma stansiyasının inşası davam edir. Gələn il isə daha 14 belə stansiyanın tikintisi planlaşdırılır.
Paytaxtda əsas yolların kənarında inşa olunan yanacaqdoldurma stansiyalarının artıq gələn ilin ortalarında istifadəyə verilməsi nəzərdə tutulur.
Qeyd edək ki, ötən əsrin 90-cı illərinin əvvəllərinədək ölkədəki bütün yanacaqdoldurma stansiyaları ARDNŞ-nin tabeliyində olub. Özəlləşdirmənin başlanması ilə əlaqədar yanacaqdoldurma stansiyalarından mərhum olmuş ARDNŞ son zamanlar yenidən bu bazara qayıtmaq qərarına gəlib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: