"Sinerji" kapitalını 14,9 milyon manat artırır
29 Aprel 2010 Cümə Axşamı 18:25
Şirkətlər Qrupunun səhmlərinin emissiya prospekti qeydə alınıb.
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən Sinerji Şirkətlər Qrupu ASC-nın adi adlı sənədsiz səhmlərinin emissiya prospekti qeydə alınıb. Emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə Bakı Fond Birjası vasitəsi ilə keçiriləcək.
Bakı Fond Birjasından ANS PRESS-ə verilən məlumata görə, emissiyanın dövlət qeydiyyat nömrəsi AZ100100896P, emissiyanın həcmi 14 900 000 manat, qiymətli kağızın miqdarı 7 450 000 ədəd, nominal dəyəri isə 2 manatdır. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: