Şimal-Cənub enerji dəhlizi qrafikə uyğun gerçəkləşdirilir
29 May 2009 Cümə 16:20
Layihənin başa çatması Azərbaycanın İrana elektrik enerjisi satmasına imkan verəcək

 

Azərbaycan Şimal-Cənub enerji dəhlizi layihəsinin gerçəkləşdirilməsində öhdəliklərini uğurla yerinə yetirir. Bu barədə  sənaye və energetika naziri Natiq Əliyev bildirib.

«Biz bunun üzərində işləyirik. Bildiyiniz kimi bu dəhlizin həyata keçirilməsində hər bir ölkə öz tədbirlərini görür. Azərbaycan çoxlu işlər görüb. İmişli-Parsabad yüksək gərginlik xətləri, transformator stansiyaları artıq tikilib. Hesab edirəm ki, yaxın gələcəkdə bunlar hamısı istifadəyə veriləcək və bu, bizə imkan verəcək ki, İrana elektrik enerjisi satışını artıraq»,- deyə Natiq Əliyev vurğulayıb. /ANS TV/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar