Sığorta ödənişlərinin renkinqi
24 Fevral 2011 Cümə Axşamı 18:21
Ötən ay sığorta şirkətləri arasında ən çox ödəniş həyata keçirən "Azal sığorta" olub.
Ötən ay Azərbaycanın sığorta şirkətləri arasında ən çox ödəniş həyata keçirən şirkət “Azal sığorta” olub. Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətindən ANS PRESS-ə verilən məlumata görə, şirkətin keçən ay həyata keçirdiyi ödənişlərin həcmi 896,331 min manat və ya bütün ödənişlərin 25,44 faizini təşkil edib.

Ödənişlərin həcminə görə 10 aparıcı sığorta şirkətinin siyahısı tərtib olunub. Belə ki, bu şirkətlərin sırasına “Azərsığorta” - 589,305 min manat, “Atəşgah” - 477,136 min manat, “Beynəlxalq Sığorta Şirkəti” - 402,999 min manat, “AXA MBASK” - 182,739 min manat, “Bakı Sığorta” - 170,671 min manat, “Xalq Sığorta” - 119,023 min manat, “Pasha Sığorta” - 97,116 min manat, “AzSığorta” - 95,039 min manat və “AtaSıgorta” - 77,539 min manat daxildir.

Nazirliyin Dövlət Xidmətinin məlumatına görə, 2011-ci ilin yanvar ayında 24 sığorta şirkəti ödəniş həyata keçirib. 2011-ci ilin yanvar ayında sığortaçıların ümumi ödənişləri 3 mln. 522,490 min manat təşkil edib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar