Şərab məhsullarının ixrac imkanları müzakirə olunub
18 Fevral 2012 Şənbə 19:41
"2012-2020-ci illərdə Azərbaycanda üzümçülüyün inkişafına dair Dövlət Proqramı"nın icrasına başlanıb.
Azərbaycan Respublikası prezidentinin 2011-ci il 15 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı"nın icrasına başlanıb. Dövlət Proqramında üzümçülük və şərabçılığın inkişaf etdirilməsi üzrə nəzərdə tutulmuş tədbirlərin icrası istiqamətində görüləcək işlər, bu sahənin inkişaf perspektivləri, istehsal olunacaq məhsulların ənənəvi və yeni bazarlara ixrac imkanları bu gün İqtisadi İnkişaf Nazirliyində keçirilmiş tədbirdə müzakirə edilib.

Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, üzümçülük və şərabçılıq sahəsində fəaliyyət göstərən əsas istehsal müəssisələrinin rəhbərlərinin və bu sahənin mütəxəssislərinin iştirak etdiyi görüşdə üzümçülük və şərabçılığın inkişafı üzrə görüləcək işlər, o cümlədən güzəştli kreditlərin verilməsi, bu sahədə brendlərin yaradılmasının zəruriliyi və ixracın hərtərəfli dəstəklənməsi tədbirləri sahibkarların diqqətinə çatdırılıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar