Şəki çörək bahalaşıb
11 Avqust 2010 Çərşənbə 21:45
Çörəyin pərakəndə satış qiyməti 5 qəpik artaraq 30 qəpik olub.
Avqustun 7-də Şəkinin bütün mağazalarında çörəyin pərakəndə satış qiyməti 5 qəpik qalxaraq 30 qəpik olub. Yerli ticarətçilər çörəyin qiymətinin bahalaşmasını unun qiymətinin qalxması ilə izah edir. Belə ki, bir neçə gün əvvəl bir kisə birinci növ unun qiyməti 16 manat təşkil edirdi, indi isə 18 manat olub.

Unun qiyməti Bakı daxil olmaqla, başqa rayonlarda da bahalaşıb. Çörək sexlərinin sahiblərinin sözlərinə görə, yaxın vaxtlarda hər yerdə çörək və bulka məmulatlarının qiyməti artacaq.

Qeyd edək ki, unun bahalaşmasna səbəb Rusiya və Qazaxıstanda güclü quraqlıqla əlaqədar buğda məhsulunun az olmasıdır. Azərbaycan taxılın bir hissəsini bu ölkələrdən idxal edib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar