Şeker tozunun qiymeti düşdü
16 May 2013 Cümə Axşamı 05:01
Dünya bazarında müşahidə olunan tendensiyanın ölkəmizə təsir edib-etməyəcəyi yaxın günlərdə bəlli olacaq.
Dünya bazarında şəkər tozunun qiyməti aşağı düşüb. ANS PRESS-in Bloomberg-ə istinadən verdiyi məlumata görə, şəkər tozunun qiymətinin düşməsinə səbəb bu mövsüm Braziliyada şəkər tozunun rekord miqdarda istehsal edilməsidir.
Məlumata görə, bu il Braziliyada şəkər tozu istehsalı 35,5 milyon tona çata bilər. 15 may tarixində London birjası LIFFE-da ağ şəkərin bir tonunun qiyməti 480 dollar təşkil edib ki, bu da 2010-cu ildən bu yana ən aşağı göstəricidir.
Ekspertlər şəkər tozunun bir tonunun qiymətinin 400 dollaradək ucuzlaşacağını proqnozlaşdırırlar. Dünya bazarında şəkər tozunun qiymətinin aşağı düşməsinin Azərbaycana təsir edib-etməyəcəyi yaxın həftələrdə bəlli olacaq.
DOSTLARINLA PAYLAŞ: