Samsung varlı şirkətə çevrilir
30 Oktyabr 2009 Cümə 21:40
Samsung varlı şirkətə çevrilir. Şirkətin gəlirləri iki dəfə artıb.
Cənubi Koreyanın “Samsung Electronics Co.” şirkətinin mənfəəti bu ilin III rübündə iki dəfədən çox artaraq 3,72 trln. von (3,14 mlrd. dollar) təşkil edib. Bu barədə “Samsung”un yaydığı press-relizdə bildirilir. Ötən ilin müvafiq dövründə şirkətin mənfəəti 1,22 trln. von (1,02 mlrd. dollar) olub.

Hesabat dövründə “Samsung”un gəlirləri 29% artaraq 24,86 trln. von (20,95 mlrd. dollar) təşkil edib. Ötən ilin müvafiq dövründə bu göstərici 19,3 trln. von (16,26 mlrd. dollar) olub. Bu isə onu göstərir ki, “Samsung” bu ilin I rübündə qlobal iqtisadi böhran nəticəsində uğradığı zərəri kompensasiya etməyə nail olub. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar