Sahibkarlıq subyektlərində yoxlamalar yeni qayda ilə aparılacaq
20 İyun 2011 Bazar Ertəsi 16:53
Bu barədə Nazirlər Kabineti qərar verib.
Nazirlər Kabineti "Nəzarət kitabçası" haqqında Əsasnamə"də dəyişikliklər edilməsi barədə qərar verib. ANS PRESS qurum rəsmi saytına istinadən xəbər verir ki, dəyişikliklərə əsasən Sahibkarlıq sahəsində aparılan hər bir yoxlama sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Yoxlamanın keçirilməsi üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması barədə sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışı sahibkarlıq fəaliyyəti subyektinə təqdim etməlidir. ANSPRESS




DOSTLARINLA PAYLAŞ:

oyunlar