Sahibkarlar ve menecerlər Almaniyada ixtisas artıracaq
04 Dekabr 2013 Çərşənbə 17:21
Azerbaycanın 54 mütexessisi Almaniyada biznes menecmenti kurslarında iştirak edecek.
"Azerbaycan Respublikasında biznesin idare olunması sahesinde kadrların ixtisasının artırılması üzre Almaniya-Azerbaycan birge Proqramı" çerçivesinde sahibkarların ve menecerlerin 2014-cü ilde "İqtisadi kooperasiya" üzre Almaniyada ixtisasartırma kurslarına gönderilmesi meqsedi ile 29 oktyabr-2 noyabr tarixlerinde namizedlerin seçilmesi üzre müsabiqe keçirilib.
İqtisadiyyat ve Senaye Nazirliyinden ANS PRESS-e verilen melumata göre, Almaniyanın Beynelxalq emekdaşlıq Cemiyyetinin (GİZ) layiheler üzre rehberi Ronald Şults, layiheler üzre meneceri Lyudmila Metzdorf, beynelxalq eksperti Vladislav Belov terefinden keçirilmiş müsabiqede iştirak eden 80 sahibkar ve menecerlerden 54-ü müsabiqede müveffeqiyyet qazanıblar.
Onlardan 41-i iqtisadi kooperasiya üzre ingilis dilli qrupların terkibinde, 3-ü kend teserrüfatı sahesinde iqtisadi kooperasiya üzre rus dilli qrupun terkibinde, 10-u sehiyye sahesinde iqtisadi kooperasiya üzre rus dilli qrupun terkibinde Almaniyanın müxtelif telim ve tedris müessiselerinde 2014-cü ilin mart-aprel ve oktyabr-noyabr aylarında ixtisasartırma kursları keçecekler.
DOSTLARINLA PAYLAŞ: