Sahibkarlar Konfederasiyasının qurultayı keçirilib
30 İyun 2009 Çərşənbə Axşamı 14:20
Məmməd Musayev Sahibkarlar Konfederasiyasına prezident seçilib

 

Bu gün Azərbaycan Sahibkarlar Konfederasiyasının növbədənkənar qurultayı keçirilib. Tədbirdə 200 yaxın sahibkar iştirak edib. Qurultayın keçirilməsində əsas məqsəd konfederasiyaya prezidentin və idarə heyətinin üzvlərinin seçilməsi olub.

Belə ki, aqrar kredit səhmdar kredit təşkilatı idarə heyətinin sədri Məmməd Musayev Sahibkarlar Konfederasiyasına prezident, Azpetrolun nümayəndəsi Hüseynağa Rəhimov isə Konfederasiyanın vitse-prezidenti seçildi.

Məmməd Musayev Konfederasiyanın fəaliyyətinini daha da genişləndirməyə, üzvlərin sayının artırmağa çalışacaqlarını bildirib.  

Qurum prezidenti Azərbaycanın xüsusilə qeyri-neft sektorunun inkişafına diqqəti artıracaqların qeyd edib. Onun sözlərinə görə, sahibkarlara müxtəlif köməkliklərin edilməsi, konsaltinq xidmətinin göstərilməsi, ixracat qabiliyyətinin artırılması çox biliklər tələb edir. /ANS TV/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar